Gənclərin
İqlim Məsələləri
üzrə Sazişi
inklüziv
və davamlı şəhərlərin və cəmiyyətlərin qurulması
ABŞ,
Yuta ştatı, Solt-Leyk-Siti,
26-28
avqust 2019-cu il
Layihənin
ictimaiyyət üçün nəzərdə tutulmuş ilkin variantı
Gənclərin
İqlim Məsələləri
üzrə Solt-Leyk-Siti Sazişi
Layihə
BMT-nin Vətəndaş Cəmiyyəti üzrə 68-ci Konfransının qayəsini
əsas tutaraq hazırlanmışdır: “İnklüziv və dayanıqlı
şəhərlərin və cəmiyyətlərin qurulması”
ABŞ,
Yuta ştatı, Solt-Leyk-Siti
26-28
avqust 2019-cu il
İqlim
böhranına qarşı fəaliyyətdə artıq biz, gənclərin birləşmək
vaxtıdır. Fəaliyyətsizlik çox baha başa gəlir. Biz planetdəki
həyatın hələ də bərpa oluna biləcəyi həlledici bir məqama
yaxınlaşırıq. İqlimə qarşı təhdidlər dünyamızı bütün
istiqamətlərdə təhlükə altına alır; gələcək üçün
quracağımız dayanıqlı cəmiyyətlərin taleyi bu ölüm-dirim
məsələlərini cavablandırıb onları üstələmək yolunda bizim
kollektiv iradəmizdən asılıdır.
Bu
sazişin məqsədi iqlim böhranının dağıdıcı təsirlərini
azaltmaq və düşüncə tərzi və struktur baxımdan öz
cəmiyyətlərimizi adaptə etmək üçün görə biləcəyimiz
məxsusi tədbirləri müəyyənləşdirməkdən ibarətdir. Yanaşma
tərzində dərhal dəyişiklik olmadan Dayanıqlı İnkişafın
bütün Məqsədləri yalnız söhbət olaraq qalır. Odur ki,
iqlimlə bağlı fövqəladə vəziyyət beynəlxalq təhlükəsizlik
məsələsidir və hərəkətə keçmək ümumdünya ictimaiyyətinin
mənəvi borcudur.
Iqlimlə
bağlı daim artmaqda olan fövqəladə vəziyyəti təsdiq edən
faktiki sübut həddən artıqdır və buna şübhə də yoxdur.
Dəniz səviyyələrinin, suyun tərkibindəki turşuluğun və suyun
çirklənməsinin artması və qeyri-adi dərəcədə sərt təbii
fəlakətlər Kiçik Adalardan ibarət İnkişaf etməkdə olan
Dövlətlər kimi coğrafi cəhətdən müdafiəsiz ərazilərin
tədricən yox olmasına, okeanın biomüxtəlifliyinin kütləvi
məhvinə və məcburi kütləvi miqrasiyaya səbəb olur. Sənayenin
qeyri-adekvat idarəetmə ilə müşayiət olunan sürətli inkişafı
havanın çirklənməsini, meşələrin qırılmasını və turşu
yağışını sürətləndirmişdir və nəticədə o həm vəhşi
təbiətin sakinlərinin, həm də insan birliklərinin öz
oxşarlarını dünyaya gətirmələrinə dəstək olmaq
qabiliyyətlərini sual altına almış və bununla da bütün
varlıqlar üçün sağlamlıqla bağlı mənfi nəticələr
doğurmuşdur.
Heç
şübhəsiz, iqlim böhranı sabahın taleyinin qeyri-müəyyən
olduğu və qlobal miqyasda vətəndaşların birbaşa mübarizəsi
olmadan insanlığın hər şeyi itirə biləcəyi bir dünya
yaratmaqdadır.
Buna
görə də, biz gənclər bu sazişlə aşağıdakı tədbirləri
görməyi öhdəmizə götürürük:
- Cəmiyyətimizdə planetimizin sağlamlığına ziyan vuran siyasətə qarşı məlumatlılığı artırmaq və iqlim böhranının əsas səbəblərinin qarşısını almağa çalışan siyasəti irəli çəkmək;
- Fərd olaraq və kollektiv cəmiyyət kimi gündəlik həyat tərzi seçimimizlə ətraf mühitə etdiyimiz təsirlər barədə özümüzü və cəmiyytlərimizi maarifləndirmək;
- Məhsulların istehsalı, nəqli, saxlanması, satışı, istifadəsi, atılması ilə mürəkkəbləşmiş istehlakımızın təsirlərini unutmamaq və uzunmüddətli sosial sərmayələrdən gələn gəlirləri vurğulamaqla, insanların və planetin qısamüddətli mənfəət əldə etmələri üçün işlərimizi stimullaşdırmaq məqsədilə alıcılıq qabiliyyətimizdən yararlanmaq;
- Ictimai nəqliyyat, avtomobildən birgə yararlanma, velosiped, skuter, skeytbord, gəzə-gəzə getmək, qaçmaq və s. kimi ətraf mühitə qarşı daha mülayim variantlara üstünlük vermək və dayanıqlı inkişaf üçün vacib olan nəqliyyat infrastrukturunu məsuliyyətlə qurmaq üçün əsaslardan yan keçməkdə/ onu dəyişməkdə/təkmilləşdirməkdə müvafiq idarəetmə orqanlarına dəstək olmaq;
- Şüurlu şəkildə tullantıları azaltmaq, onlardan yenidən istifadə etmək, onları yenidən dövriyyəyə buraxmaq və onlara yeni həyat vermək, onları üsulluca atmaq və şəhərlərin sanitar tədbirlərini dəstəkləmək və onlara hörmət bəsləmək;
- Imkan daxilində birdəfəlik istifadə üçün olan plastmaslardan imtina etmək və plastik tullantıların yaranmasını azaltmaq siyasətini dəstəkləmək;
- Lazımsız çap işindən çəkinmək və meşələrin qırılmasının qarşısını almaq üçün kağız əvəzinə texnologiyadan istifadəyə üstünlük vermək;
- Özümüzə aid ərzaq istehlakına və tullantılara şüurla yanaşmaq və imkan daxilində yerli və davamlı ərzaq bazarlarını dəstəkləmək;
- Sənayeləşdirilmiş kənd təsərrüfatının, heyvanlara qarşı qəddarlığın davamına, ət və süd məhsulları ilə bağlı ətraf mühitə qarşı dağıdıcı kənd təsərrüfatı təcrübələrinə imkan verən gizlin laqeydliyə diqqəti yönəltməklə ərzaq istehsalı sahələrində etik islahatı təbliğ etmək; genetik baxımdan dəyişikliyə uğramamış məhsulları etik və mənəvi qaydalara uyğun yetişdirən, qeyri-monopolist ərzaq istehsalçılarını fəal surətdə dəstəkləyən məsuliyyətli istehlakçılar olmaq;
- Zəhərli kimyəvi tərkibli kosmetika və şəxsi qulluq vasitələrinə şüurla yanaşmaq və bu məhsullardan istifadəmizi məhdudlaşdırmaq;
- Yüksək dərəcədə plastik kütlədən və zəhərli kimyəvi birləşmələrdən ibarət mövcud menstrual gigiyenik məhsullara ekoloji və qənaət baxımdan daha dayanıqlı və təhlükəsiz alternativlərə dəstək olmaq və bu məhsullardan bütün dünyada istifadə imkanını təmin etmək;
- Heyvanlara qarşı hədsiz qəddarlıqla və ətraf mühitə dağıdıcı təsir bağışlamaqla istehsal olunduğunu bildiyimiz şeyləri boykot etmək;
- Su lazım olmadıqda kranı bağlamaqla, daha qısamüddətli duş qəbul etməklə, daha çox paltarı birlikdə yumaqla gündəlik vərdişlərimizdə dəyişikliklər edərək sudan öz şəxsi istifadəmizi azaltmaq;
- Hamı üçün sudan istifadə imkanını və suya dayanıqlı nəzarəti təmin etməklə, suda yaşayan varlıqların qorunub saxlanmasını dəstəkləmək;
- Yanacaq-enerji yataqlarından, mədənlərdən istifadədən və planetimizin hesabına mənfəət qazanan bizneslərdən yaxa qurtarmaq və sənaye sahələrimizi sıfır-karbon iqtisadiyyatlı gələcəyə keçirtməklə iqlim məsələlərinin həllinə və ekoloji baxımdan təmiz işlərə sərmayə qoymaq;
- Hidro-enerji, günəş, külək və biokütlə kimi yenilənə bilən enerji mənbələrindən istifadəyə sürətli keçidi təşviq etmək;
- ətraf mühitə mənfi təsiri azaltmağa can atan biznesləri dəstəkləyən və bunları etməyənlərə səslənən və zamanı qabaqlayan nəzarətçilər olmaq;
- xalqın səsini ən yüksəyə qaldıran və idarəetmə siyasətinə qarşı biznes maraqlarının təsirini sual altına alan siyasi proseslərdə fəal iştirak etmək; siyasi nümayəndələrimizin onların işlərinin planetimizin sağlamlığını dəstəkləyən siyasətlərdən asılı olduğunu və bizim seçki qutularında və ya lazım gələrsə, küçələrdə bu tələbləri edəcəyimizi bilməsinə əmin olmaq;
- təbii ehtiyatların tükənməsinin, ekoloji vəziyyətin pisləşməsinin və çirklənmənin nisbətən az müqavimətli əhali kütlələrinə, o cümlədən evsizlikdən əziyyət çəkənlərə, iqtisadi imkanlardan məhrum icmalara, uşaqlara və yaşlılara qeyri-mütənasib şəkildə təsirlərinə qarşı çarə qılmaq üçün səfərbər olmaq;
- ətraf mühitlə bağlı ədaləti azlıqlardan və əhalinin ən yoxsul təbəqələrindən danan və onlara qeyri-mütənasib tərzdə təsir edən qanun və qaydaları qəti surətdə pisləmək;
- Bu Sazişdə öncə qeyd olunmuş vədlərlə bağlı tədbirlər görərkən, iqlim böhranına son qoymaq üçün cəmiyyət daxilində və ya cəmiyyətlər arasında əməkdaşlığın həlledici olduğunu dərk edərkən fərqli və dayanlqlı fikirlərin qarşılıqlı vəhdətini məqbul saymaq;
- Makro-ekosistemdə hamımızın qarşılıqlı vəhdətdə olduğumuzu dərk edərək Yer üzündəki həyatın bütün formalarını qəbul etmək;
Bu
kollektiv razılaşma vasitəsilə, müəyyən və iqlim böhranının
dağıdıcı təsirindən azad bir gələcək qurmaq üçün
cəmiyyətlərimizi səfərbər etməkdə beynəlmiləl gəncliyin
gücündən istifadə etməyə çalışırıq.
Dayanıqlı
İnkişaf üzrə 13-cü Məqsədin hədəflərinə çatmaq üçün və
bununla da Birləşmiş Millətlər Təşkilatının 2030-cu il
Gündəliyinə öz öhdəliyimizi töhfə etmək üçün bütün
nəsillərdən, hökumətlərdən, vətəndaş cəmiyyəti
təşkilatlarından və özəl sektordan əməkdaşlıq və dəstək
istəyirik.
Birlikdə,
biz Yer kürəsini xilas edə bilərik!
Bu tərcümə ictimai əsaslarla Fialə Abdullayeva tərəfindən edilmişdir və rəsmi BMT tərcüməsi deyil.
This translation has been provided pro bono by Fiala Abdullayeva. It is not an official UN translation.
Bu tərcümə ictimai əsaslarla Fialə Abdullayeva tərəfindən edilmişdir və rəsmi BMT tərcüməsi deyil.
This translation has been provided pro bono by Fiala Abdullayeva. It is not an official UN translation.
No comments:
Post a Comment